Qazaxıstanlı tarixçi: “İşğal olunmuş Azərbaycan torpaqları sırf türk torpaqlarıdır”

Qazaxıstanlı tarixçi: “İşğal olunmuş Azərbaycan torpaqları sırf türk torpaqlarıdır”
# 04 oktyabr 2012 13:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Təəssüf ki, Azərbaycan öz ərazisinin 20%-ni itirib. Mən bir tarixçi kimi əminəm ki, işğal olunmuş Azərbaycan torpaqları sırf türk torpaqlarıdır”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qazaxıstandan olan tarixçi-publisist Movsud Tecmurad deyib.

Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana gələn M.Tecmurad qeyd edib ki, Dalıq Qarabağ münaqişəsi ciddi diqqət tələb edir və təcili həll olunmalıdır: “Amma bu, hərbi yolla deyil, beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə sülh danışıqları yolu ilə baş verməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR