“Gürcü Arzusu”: MDB-yə qayıdacağımız haqda Belarus prezidentinin bəyanatı absurd və qeyri-ciddidir

“Gürcü Arzusu”: MDB-yə qayıdacağımız haqda Belarus prezidentinin bəyanatı absurd və qeyri-ciddidir
# 05 oktyabr 2012 10:23 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, blokun mətbuat sözçüsü Manana Pancikidze A. Lukaşenkonun bəyanatını qeyri-ciddi və absurd adlandırıb: “Gürcüstanın Avropaya inteqrasiyası hazırda bizim başlıca və dəyişməz məqsədimizdir”.

M. Pancikidze bildirib ki, bu mövzu koalisiyada ümumiyyətlə müzakirə olunmayıb, çünki diqqətə və şərhə layiq bir mövzu deyil.

Qeyd edək ki, A. Lukaşenko Gürcüstanın MDB-yə qayıtması üçün təşəbbüslə çıxış edəcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR