Gələn il Azərbaycanda təhsil xərclərinə 1,5 milyard manat vəsait ayrılacaq

Gələn il Azərbaycanda təhsil xərclərinə 1,5 milyard manat vəsait ayrılacaq
# 15 oktyabr 2012 08:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gələn il Azərbaycanda təhsil xərclərinə 1530,4 milyon manat vəsait ayrılacaq. APA-nın xəbərinə görə, bu, 2012-ci ilin xərclərindən 18,8 milyon manat, yaxud 1,2 faiz çoxdur. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 52,2 faizi natamam və orta təhsil xərclərinin, 25,8 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 3,7 faizi ali təhsil xərclərinin, 9,5 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin, 5,3 faizi texniki –peşə məktəblərinin və liseylərin, 3,5 faizi internat və xüsusi məktəblərin maliyyələşməsinə yönəldiləcək.

Gələn ilin dövlət büdcəsində təhsil sahəsində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması üçün 152,2 milyon, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 88,5 milyon manat, məktəbəqədər təhsilin maliyyələşməsinə 6,7 milyon manat, ümümtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 7,1 milyon manat, təhsil sisteminin informasiyalaşdırılmasına 13,5 milyon manat vəsait nəzərdə tutulub.

İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik orqanlarında təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti ilə bağlı xərclər və UNİSEF tərəfindən yeni 10 həftəlik pilot layihə kimi məktəbə hazırlıq təhsilinin yeni modelinin tətbiqi ilə bağlı xərclər üçün vəsait nəzərdə tutulub.

Son 5 ildə Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri təhsil xərcləri 33,3 faiz artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR