Xaçmaz sakini dənizdə batıb

Xaçmaz sakini dənizdə batıb
# 04 avqust 2012 07:05 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Azərbaycanın Xaçmaz rayon sakini dənizdə boğularaq ölüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə avqustun 3-ü axşam saatlarında qeydə alınıb. Çaxçaxlı kənd sakini, 54 yaşlı Babayev Nadir Qüdrət oğlu Müqtədir qəsəbəsi ərazisindəki çimərlikdə batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dənizdən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR