Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək

Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək
# 06 noyabr 2012 11:23 (UTC +04:00)
Cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 13-16, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Nisbətən mülayim, sabit hava şəraiti noyabrın 7-də də davam edəcək. Mülayim cənub küləyi əsəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR