Azərbaycanda həyat sığortası bazarı son bir ildə 64% artıb

Azərbaycanda həyat sığortası bazarı son bir ildə 64% artıb
# 05 noyabr 2012 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası üzrə məcmu yığımların həcmi 30,605 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji 9 aylıq göstəricisi ilə müqayisədə 64,3% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, bazarda ən çox sığorta haqqı «Atəşgah Həyat Sığorta» və «PAŞA Həyat Sığorta» şirkətinin payına düşüb. Belə ki, bu şirkətlərin cari ilin 9 ayında topladığı sığorta haqlarının həcmi müvafiq olaraq 13,728 mln. manat və 11,148 mln. manat təşkil edib.

Araşdırma nəticəsində məlum olub ki, «Atəşgah Həyat Sığorta» şirkətinin bazar payı 44,8%, «PAŞA Həyat» sığorta şirkətinin payı isə 36,4% olub.

«Qala Həyat Sığorta» şirkəti isə bu ilin yanvar-sentyabr aylarında 5,6 mln. manata yaxın sığorta haqqı (bazar payı 19%) toplayıb.

Qeyd edək ki, hazırda həyat sığortası üzrə bazarda üç şirkət («Atəşgah Həyat Sığorta», «PAŞA Həyat Sığorta» və «Qala Həyat Sığorta») fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR