Beyrutda baş vermiş terror aktında ölənlərin sayı 8-ə çatıb

Beyrutda baş vermiş terror aktında ölənlərin sayı 8-ə çatıb
# 20 oktyabr 2012 03:55 (UTC +04:00)
Bakı-APA. Dünən Livanın paytaxtı Beyrutda həyata keçirilmiş terror aktında ölənlərin sayı 8 nəfərə çatıb. Daha öncə 3 nəfərin öldüyü bildirilirdi. Hadisə nəticəsində yaralananların sayı 80 nəfəri ötüb.

Xatırladaq ki, İçərisində partlayıcı olan maşın Beyrutun xristianlar yaşayan rayonunda yerləşən Sasin meydanında partlayıb. Terror aktı nəticəsində Livan daxili təhlükəsizlik qüvvələrinin kəşfiyyat xidmətinin şefi Visam əl-Həsən həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR