AŞPA sədri Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətlərinin sədrləri ilə birgə görüş keçirib

AŞPA sədri Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətlərinin sədrləri ilə birgə görüş keçirib
# 01 oktyabr 2012 20:58 (UTC +04:00)
APA-nın Avropa Şurasındakı müxbirinin məlumatına görə, görüş AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə baş tutub.

Görüşdə Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidovla David Arutunyan, həmçinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri, ispaniyalı millət vəkili Yordi Chukla i Kosta da iştirak edib.

Tərəflər görüşün məzmunu barədə mətbuata məlumat verməyiblər.

Qeyd edək ki, görüş AŞ PA-nın plenar iclasında Səməd Seyidovun assambleyada tezliklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin keçirilməsi ilə bağlı təklifindən sonra AŞ PA sədri Jan-Klod Minyonun təşəbbüsü ilə baş tutub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR