ABŞ «təyyarə məsələsində» Türkiyəyə dəstək verib

ABŞ «təyyarə məsələsində» Türkiyəyə dəstək verib
# 12 oktyabr 2012 04:51 (UTC +04:00)
Bakı-APA. Suriya lideri Bəşər Əsəd rejimin silah ötürülməsi dayandırılmalıdır. Ağ Evin nümayəndəsi Coş Ernest belə bir bəyanatı səsləndirib.

«Tbii ki, biz Suriyadakı qeyri-sabitliyin yaratdığı problemlərə qarşı Türkiyənin səylərini dəstəkləyirik. Biz onları Əsədə silah ötürülməsinin qarşısını almaq məsələsində də dəstək veririk», deyə Ağ Evin nümayəndəsi bildirib.

Xatırladaq ki, oktyabrın 10-da Moskvadan Dəməşqə uçan sərnişin təyyarəsi Ankarada yerə endirilib. Təyyarədə 7 saat axtarış aparılıb. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan təyyarədə Rusiya şirkətinin Suriya müdafiə nazirliyinə göndərdiyi hərbi təyinatlı yük olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR