Bakıda Dövlət Bayrağı Günü münasibəti ilə konsert olacaq

Bakıda Dövlət Bayrağı Günü münasibəti ilə konsert olacaq
# 05 noyabr 2012 09:41 (UTC +04:00)
Bakı-APA. Bakıda noyabrın 9-da Dövlət Bayrağı Günü münasibəti ilə konsert keçiriləcək.

APA-nın xəbərinə görə, Dövlət Bayrağı Meydanında keçiriləcək konsert saat 20.00-da başlayacaq. Bakı sakinləri və şəhərin qonaqları tədbirə dəvətlidir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən 9 noyabr - Dövlət Bayrağı Günü kimi qeyd olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR