Bakının Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının içməli su təminatında fasilələr olacaq

Bakının Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının içməli su təminatında fasilələr olacaq
# 28 fevral 2014 13:59 (UTC +04:00)

Bakı - APA-Economics. Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə verilən içməli suyun həcmi azaldılıb.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb Kür-Bakı magistral su kəmərlərinin birinin qəzalı vəziyyətdə olan hissəsində təmir-bərpa işlərinin aparılmasıdır.

Bununla əlaqədar 1-5 mart tarixlərində Bakının Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının 24 saat fasiləsiz su ilə təmin olunan bəzi yerlərində içməli suyun verilməsi səhər və axşam olmaqla qrafik rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR