Milli Məclis Ombudsmanın hesabatını qəbul edib - YENİLƏNİB 1 - VİDEO

Milli Məclis Ombudsmanın hesabatını qəbul edib - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 04 mart 2014 12:12 (UTC +04:00)

APA-nın məlumatına görə, Ombudsman Elmira Süleymanova hesabatı təqdim etdikdən sonra hesabat ətrafında müzakirələr olub, deputatlar hesabatla bağlı fikirlərini bildiriblər.

Deputat Elmira Axundova “Bakcell” şirkətindən şikayət edib. O bildirib ki, internetin keyfiyyəti, sürəti zəifdir, internetlə davamlı işləmək faktiki mümkün deyil: “İnternet provayderləri ötən il qiymətləri 40% aşağı saldı. Amma internet provayderləri bundan məharətlə çıxış tapıblar. Qiymət azalması ilə bağlı ADSL-ə müraciət edəndə bildirdilər ki, qiymət azalması olmasa da, sürət meqabittə qədər artırılıb, lakin hiss olunmur. Bunu isə onunla izah edirlər ki, 8 meqabitt sürət versələr, internet ümumiyyətlə işləməyəcək, və ya tez-tez kəsiləcək. Çünki Azərbaycanda telefon xətləri bu qədər sürəti qəbul etməyə uyğunlaşdırılmayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də öz növbəsində provayderlərin imkanlarını rədd edir. Yenə də bu sahədə heç bir yenilik yoxdur. Faktiki olaraq internet istifadəçiləri sürətli internetdən məhrum olublar. Halbuki, internetə görə hər ay 25-30 manat ödəyirlər. Həmçinin dövlət rəhbərliyi hər zaman bildirib ki, rayonların əhalisi üçün də internet əlçatan olmalıdır. Buna görə də tez-tez kəsilib internetlə davamlı işləmək mümkün deyil. Turizm zonası elan olunmasını, buraya çoxlu sayda turistlərin gəlməsini nəzərə alaraq internetin sürətinin artırılması gərəkdir. İkinci məsələ isə gün ərzində mobil telefonlarımıza reklam xarakterli bezdirici mesajlar gəlir. Mən mobil operatorlardan xahiş edərdim ki, müştərilərin razılığı olmadan bu kimi mesajların göndərilməsi dayandırılsın. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə bunun qarşısını almaq üçün əməli tədbirlər görsün”.

Deputat Zahid Oruc isə çıxışında bildirib ki, bu gün hətta kompüterin sönülü halda belə, insanın şəxsi həyatını öz obyektivinə götürməsinə belə hazırdır: “Budurmu şəxsi informasiyanın toxunulmazlığı, konvensiyalara müdaxilənin olmaması? Ən ali dəyərlər insanın izlənməsindən sonra məhv olub gedir və bunu terrora qarşı mübarizə kimi qələmə verirlər”.

S.Novruzov deyib ki, insan haqlarının qorunması ilə bağlı ayrı-ayrı yerlərdə, islah yerlərində fəaliyyət davam edir: “Bu fəaliyyət təkcə hesabatdan deyil, mətbuatdan, ictimaiyyətdən də izləyirik. Görürük ki, hər hansı problem qalxanda ombudsman buna reaksiya verir və qanun çərçivəsində həll olunmasına çalışılır, həll edilir. Amma insan hüquqları ilə bağlı mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz mövqe var. Bundan istifadə edərək Azərbaycana təhdidlər, müdaxilələr edilir. Məqsəd təbii sərvətlərdən güzəştli şəkildə bəhrələnmək istəyidir. Necə ki, İraqda, Liviyada, Əfqanıstanda bəhrələnirlər. Taliban narkotik dövriyyəsini 3 faizə qədər zəiflətmişdi. Amerika oranı işğal edəndən sonra isə 65 faiz oldu. Hətta narkotik plantasiyalarını ABŞ ordusu qoruyur”.

Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, insan haqları qlobal problemdir və bütün millətləri düşündürən məsələdir: “Yeni dövrdə millətlərin və dövlətlərin taleyini insan hüququ adı altında geri itələmək halları var. Dünyada ikili standart var. Şərqə, müsəlman və türk dünyasına münasibətdə ikili standart var. Amma biz ikili standart şəraitində işləməliyik. Məncə, bəzən biz məsələyə başqa yöndən yanaşırıq. Biz böyük dövlətləri, güc mərkəzlərini ittiham etməli deyilik, hesabatlarımızı hazırlayıb ora göndərməli, səhvlərini deməliyik. Yoxsa Milli Məclisdə danışmaqla iş həll olunmur. Azərbaycan insan haqları məsələsinin müzakirəsindən qorxmamalıdır. İnsanların mülkiyyəti əlindən alınır. Orta əsrdə bunu etmirdilər. Mən görülən işləri dəyərləndirirəm. Biz burada qanunu qəbul edirik. Qanunun icrasına, məmura bağlı olan məsələlərdə problem var”.

Vitse-spiker Bahar Muradova Ombudsmanın hesabatını qənaətbəxş hesabat olduğunu deyərək, görülən işləri qənaətbəxş hesab edib: “Ombudsman institutu Azərbaycanda insan haqlarının qorumaq vəzifəsi ilə uzlaşdırılaraq konkret və müfəssəl olaraq fəaliyyət göstərilir. Qurumun işi kifayət qədər uğurudur. Təkcə nöqsanları qeyd etmək lazım deyil. Burda həm qanunvericilik, həm də icra prosesində görüləcək işlər əksini tapır”.

Müzakirələrdən sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatı səsə qoyaraq qəbul edilib.

***

saat 14.24

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisi İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatını qəbul edib.

APA-nın məlumatına görə, Ombudsman Elmira Süleymanova hesabatı təqdim etdikdən sonra hesabat ətrafında müzakirələr olub, deputatlar hesabatla bağlı fikirlərini bildiriblər.

Müzakirələrdən sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatı səsə qoyaraq qəbul edilib.

***

Saat 12:43

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatının dinlənilməsinə başlanıb.

APA-nın məlumatına görə, Ombudsman Elmira Süleymanova hesabatı təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR