Gömrük Komitəsi: Əsasən Rusiyadan Azərbaycana tütün məhsullarının qanunsuz idxalı cinayət xarakteri daşıyır

 Gömrük Komitəsi: Əsasən Rusiyadan Azərbaycana tütün məhsullarının qanunsuz idxalı cinayət xarakteri daşıyır
# 19 fevral 2014 07:33 (UTC +04:00)

Əsasən Rusiya istiqamətindən ölkəyə gətirilən tütün məhsullarının qanunsuz idxalı cinayət xarakteri daşıyır. «APA-Economics»in xəbər verdyi kimi, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi (DGK) Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərov bildirib.

Onun sözlərinə görə, cari ildə bu sahədə ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.


Qeyd edək ki, bu gün Bakıda gömrük əməkdaşlarının maarifləndirilməsi üçün JTI (Japan Tobacco International) Korporasiyasının Azərbaycandakı nümayəndəliyi tərəfindən tütün məhsullarının qanunsuz ticarətinə qarşı mübarizə üzrə təlim keçirilib.


F.Ələsgərov bildirib ki, gömrük əməkdaşları bu təlimdə əldə etdikləri biliklərdən istifadə edərək, ölkə ərazisinə qanunsuz gətirilən tütün məhsulları ilə mübarizə aparacaqlar: «Ümid edirik ki, bu, əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR