AMEA Fiziologiya İnstitutunun yeni direktoru təsdiqlənib

AMEA Fiziologiya İnstitutunun yeni direktoru təsdiqlənib
# 07 mart 2014 07:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fiziologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda institutun direktoru vəzifəsini tutmaq üçün Elmi Şuranın irəli sürdüyü namizədin təqdim olunması məsələsi müzakirə edilib. Elmi Şuranın sədr müavini, institutun elmi işlər üzrə direktor müavini Afiq Qazıyev AMEA-nın institut və təşkilatlarının direktorlarının təqdimatı və seçilməsi qaydaları ilə şura üzvlərini tanış edib.

İclasda Elmi Şura adından direktor vəzifəsinə biologiya üzrə elmlər doktoru Ulduza Haşımovanın namizədliyini irəli sürülüb. Tədbirdə çıxış edənlər U.Haşımovanın institutun direktoru vəzifəsini tutmaq üçün seçkilərə namizədliyini dəstəkləyiblər.

Elmi Şuranın üzvləri tərəfindən U.Haşımovanın Fiziologiya İnstitutunun direktoru vəzifəsinə AMEA Biologiya və Tibb Elmləri Bölməsinə təqdimatı yekdilliklə qəbul olunub və təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR