«Şimşək» döyüş modullarının sınaqları başa çatmaq üzrədir

«Şimşək» döyüş modullarının sınaqları başa çatmaq üzrədir
# 04 mart 2014 12:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) CAR-ın «Emerging World Technologies» (EWSTA) şirkəti ilə «Şimşək» döyüş modullarının sınaqlarını başa çatdırmaq üzrədir. APA-nın məlumatına görə, hazırda döyüş modulundan atış sınaqları BTR-70M tipli zirehli transportyorların üzərində keçirilir.

Qabaqcıl texnologiyaların tətbiq edildiyi bu döyüş modulu özünün çəkisinin yüngüllüyü, eləcə də təpməsinin minimum olması ilə xarici analoqlarından fərqlənir.

EWSTA şirkətinin direktoru Ceyms Deyin sözlərinə görə, «Şimşək» EWSTA şirkətinin «Predator» döyüş modulunda müəyyən dəyişikliklər aparılmaqla hazırlanıb.

Bu döyüş modulu öz universallığı ilə də analoqlarından fərqlənir. İstəkdən və şəraitdən asılı olaraq döyüş moduluna həm qərb, həm də keçmiş sovet istehsalı olan 7.62, 12.7, 14.5, 20, 23 və 30 mm çaplı pulemyot və topları yerləşdirmək mümkündür. Döyüş modulunda topla yanaşı 1 ədəd pulemyot, həmçinin optik nişangah mövcuddur.

«Şimşək» döyüş Modulu 360 dərəcə fırlana və 90 dərəcə bucaq altında yüksəklikdəki hədəflərə atəş aça bilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR