Kürdəmir rayon sakini Bakıda dəm qazından boğularaq ölüb

Kürdəmir rayon sakini Bakıda dəm qazından boğularaq ölüb
# 03 mart 2014 08:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 33 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zərifə Əliyeva küçəsi ev-24, mənzil-37 ünvanında qeydə alınıb.

Türkiyə Respublikasının vətəndaşı, 1984-cü il təvəllüdlü Kadayfçı Uğurcan Ömər oğlunun mənzilindəki hamam otağında, onun tanışı Kürdəmir rayon sakini, 1981-ci il təvəllüdlü Elvin Məhəmməd oğlu Abışovun üzərində xəsarət olmayan meyiti tapılıb.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsində E. Abışovun meyitinin daxili və xarici müayinəsi keçirilib. Nəticədə onun dəm qazından boğularaq ölməsi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2 ( Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqda zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR