Turizm İnstitutunun tələbələri otellərdə təcrübə keçəcəklər - VİDEO

Turizm İnstitutunun tələbələri otellərdə təcrübə keçəcəklər - <span style="color: red;">VİDEO
# 18 may 2014 17:28 (UTC +04:00)

Bakı-APA. "2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı Turizm İnstitutunun tələbələri otel və restoranlarda çalışacaqlar". Bunu APA TV-yə Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirib.

Onun sözlərinə görə, ölkəyə turistlərin gələcəyini nəzərə alan tələbələr indidən hazırlıqlara başlayıblar. Tələbələr bu tədbirlərə qatılmaqla müəyyən beynəlxalq təcrübə də eldə etmiş olacaqlar: "Bu tip tədbirlərin əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirildiyindən biz də bu istiqamətdə mühüm işlər görürük. Əslində Turizm İnstitutu fəaliyyətə başlayan gündən tələbələrimiz bir sıra beynəlxalq tədbirlərdə təcrübə keçiblər. Burada bir məsələni xüsusi qeyd edim ki, tələbələrin fəaliyyəti dərs prosesinə mane olmadan həyata keçirilir. Təcrübə keçmək tələbələrə nəzəri biliklər qədər vacib olduğu üçün biz 6-cı semestri bütünlüklə təcrübə proqramına həsr etmişik".

Rektorun bildirdiyinə görə, yay aylarında tələbələr müxtəlif otellərdə ixtisasları üzrə təcrübə keçirlər. Buna isə xüsusi tanışlıq təcrübəsi deyilir. Ölkəyə gələcək turistlərin rayonlara səfər edəcəklərini nəzərə alaraq tələbələr regionlarda da fəaliyyət göstərən otellərdə təcrübəyə cəlb ediləcəklər. Burada tələbələrə xarici otelçilik sahəsindən praktik biliklər öyrədiləcək. Eyni zamanda xarici dil bilən tələbələr bələdçi kimi də fəaliyyət göstərəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR