Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları qəbul edib

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları qəbul edib
# 18 fevral 2014 20:07 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Salyanda vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Salyanda Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, Sabirabad və Saatlı rayonlarından olan bir qrup vətəndaşı qəbul edib. Müraciət və təkliflər əsasən sosial-məişət xarakterli olub. İşlə təminat, erkən nikahlar, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinət, xəstəliklərin müalicəsi və digər məsələlərlə bağlı müraciətlərin bir qismi yerindəcə həll olunub. Komitənin departament rəhbərlərinin də iştirak etdiyi görüşdə komitə sədri yerlərdə həlli mümkün olan təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Komitənin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyatı orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR