Azərbaycanda bank depozitlərinin həcmi 23% artıb

Azərbaycanda bank depozitlərinin həcmi 23% artıb
# 12 mart 2014 13:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2014-cü il fevralın 1-nə 12 683,0 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 325,4 mln. manat və ya 22,5%, o cümlədən, yanvarda 207,2 mln. manat və ya 1,7% artıb.

Depozitlərin tərkibində 6 451,4 mln. manat və ya 50,9% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2013-cü il fevralın 1-nə nisbətən 1 136,0 mln. manat və ya 21,4% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi fevralın 1-nə 6 231,6 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 1 189,4 mln. manat və ya 23,6% çoxdur.

Hüquqi şəxslərin depozitlərinin strukturunda 3 383,4 mln. manatı və ya 54,3%-i maliyyə təşkilatlarının depozitləri, 2 848,2 mln. manatı və ya 45,7%-i qeyri-maliyyə təşkilatlarının depozitləri təşkil edib. Qeyd edək ki, illik müqayisədə maliyyə təşkilatlarının depozitləri 747,4 mln. manat və ya 28,3%, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 442,0 mln. manat və ya 18,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR