Xırdalanda mənzildə uşağın ehtiyatsızlığından baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Xırdalanda mənzildə uşağın ehtiyatsızlığından baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 fevral 2014 10:48 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, 3 saylı binanın 18-ci mənzilində meydana gəlib.

Yanğının baş verməsinə həmin mənzildə yaşayan azyaşlı uşağın ehtiyatsızlığı səbəb olub. Belə ki, azyaşlı kibritlə oynayarkən mənzildəki divana od düşüb. Nəticədə evin 40 kv/m sahəsi yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Fakta bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

saat 12.30

Bakı. Hafiz Heydərov - APA. Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, 3 saylı binada qeydə alınıb. Beşmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR