Milli Məclisin deputatları CAR-a gedir

Milli Məclisin deputatları CAR-a gedir
# 14 fevral 2014 15:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin deputatları Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov “Azərbaycanın iqtisadi, sosial və mədəni aspektləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün fevralın 16-dan 24-dək Cənubi Afrika Respublikasında (CAR) səfərdə olacaqlar.

Milli məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yohannesburq şəhərində keçiriləcək toplantıya dünyanın müxtəlif yerlərində məskunlaşan türk toplumlarının nümayəndələri qatılacaq.

Konfransda Azərbaycanda real vəziyyət, Avropanın enerji təhlükəsizliyi siyasətində ölkəmizin rolu ilə bağlı məsələlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR