İran xarici işlər nazirinin müavini: “Xəzər dənizinin sərvətləri həm indiki, həm də gələcək nəsillər üçün qorunmalıdır” - FOTO

İran xarici işlər nazirinin müavini: “Xəzər dənizinin sərvətləri həm indiki, həm də gələcək nəsillər üçün qorunmalıdır” - <span style="color: red;">FOTO
# 13 mart 2014 15:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran xarici işlər nazirinin Asiya və Okeaniya, eyni zamanda Xəzər məsələləri üzrə müavini İbrahim Rəhimpur keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Davosda iki ölkənin prezidentləri arasında çox səmərəli görüş baş tutub: “İki ölkə əməkdaşlığı inkişaf etdirmək istəyir. Regional və beynəlxalq məsələlər ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsini tələb edir. Azərbaycan və İran regionun iki ən əhəmiyyətli dövlətidir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi yarım milyard dollardır və artırılması üçün ciddi iradələr nümayiş olunacaq. İran və Azərbaycan münasibətlərinin yaxşı olması regionun təhlükəsizliyi və sabitliyinin xeyrinədir”.

Viza məsələsinə toxunan İ.Rəhimpur bildirib ki, rəsmi Tehran Azərbaycanın İran vətəndaşları üçün viza rejimini ləğv etməsini gözləyir: “Biz bu addıma çox şad olardıq”.

Xəzərin hüquqi statusu ilə bağlı sualı cavablandıran İ.Rəhimpur deyib ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə həm ikitərəfli, həm də beştərəfli formatda müzakirələrin aparılmasının vacibliyi qeyd olunub. O, ümidvar olduğunu bildirib ki, İranla Azərbaycan arasında olan həll olunmamış məsələlər həllini tapacaq: “Xəzər dənizi sülh dənizidir və onun sərvətləri həm indiki, həm də gələcək nəsillər üçün qorunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR