Gəncədə bıçaqlanma baş verib

Gəncədə bıçaqlanma baş verib
# 14 fevral 2014 06:58 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə iki gəncin mübahisəsi bıçaqlanma ilə nəticələnib.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin 5-ci mikrorayonunda baş verib.

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədhəsən Həsənovla 1986-cı il təvəllüdlü Etibar Əliyevin mübahisəsi əlbəyaxa davaya çevrilib. Nəticədə E.Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Onu bıçaqlayan M.Həsənov isə daxilə keçməyən bədən xəsarəti ilə polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR