“Sumqayıt” Premyer Liqanı tərk etməyəcək

“Sumqayıt” Premyer Liqanı tərk etməyəcək
# 07 mart 2014 12:52 (UTC +04:00)

Bakı – APA. "Sumqayıt" Topaz Premyer Liqasından çıxarılmayacaq. Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.


O, bu gün baş tutan AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərlə söhbətində bildirib ki, əksinə, regionlarda bir neçə "Sumqayıt" layihəsi həyata keçiriləcək: "Bu, heyətində xarici futbolçu oynamayan komandadır. Belə komandaları saxlamaq lazımdır".

Abdullayev Premyer Liqanın dünyadakı bütün milli çempionatlar arasında 43-cü pilləyədək irəliləməsini də xüsusi vurğulayıb: "Bunu da deməliyik. Məgər Braziliya səviyyəsinə gəlib çatmalı idik?"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR