AB diplomatlarının Yanukoviçlə görüşü müxalifətçilərin iştirakı ilə keçirilir

AB diplomatlarının Yanukoviçlə görüşü müxalifətçilərin iştirakı ilə keçirilir
# 21 fevral 2014 01:20 (UTC +04:00)

Bakı-APA. Avropa diplomatlarının Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşü gecə saatlarında davam edir, görüşdə müxalifət liderləri iştirak edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Polşa XİN nümayəndəsi Marçin Voyçexovski “Twitter” mikrobloqunda bildirib.

“Prezident Viktor Yanukoviçlə danışıqlar davam etdirilir. Görüşdə müxalifət liderləri, parlament spikeri və bir neçə deputat iştirak edir”, deyə o bildirib.

Qeyd edək ki, Kiyevdə Ukrayna hakimiyyəti və müxalifətinin nümayəndələri ilə danışıqları Fransa, Almaniya və Polşa XİN rəhbərləri Loran Fabius, Frank Valter Ştaynmayer və Radoslav Sikorski aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR