ABŞ-ın Nyu-Meksiko ştatında təşkil olunmuş “Nyu Meksiko – Türk Dünyası” adlı ziyafət axşamında Azərbaycan təmsil olunub - FOTOSESSİYA

ABŞ-ın Nyu-Meksiko ştatında təşkil olunmuş “Nyu Meksiko – Türk Dünyası” adlı ziyafət axşamında Azərbaycan təmsil olunub  - <span style="color: red;">FOTOSESSİYA
# 20 fevral 2014 00:23 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Nyu Meksiko ştatının ədliyyə naziri Qari K. Kinq (Attorney General of New Mexico Gary K. King), maliyyə naziri Ceyms B. Lyuis (State Treasurer James B. Lewis), Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatasının bir sıra üzvləri iştirak ediblər.

Azərbaycanı tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov təmsil edib. Tədbir zamanı çıxış edən M.Talıbov Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq, Azərbaycan rəhbərliyinin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionun liderinə çevrilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsi barədə, həmçinin Azərbaycanın TANAP və TAP layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycanlı diplomat regiondakı təhlükəsizliyə təhdid olan yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qaldığını vurğulayaraq, bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsip və normaları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində tezliklə həll olunmasına ABŞ Administrasiyasının səylərini artırmağa çağıran qətnamənin qəbul edilməsinə görə Nyu Meksiko Senat və Nümayəndələr palatasının üzvlərinə təşəkkürünü bildirdi.

Tədbir zamanı çıxış etmiş senator və nümayəndə palatasının üzvləri keçən ilin may ayında Bakıda keçirilən Azərbaycan-ABŞ Konvensiyasında iştirak üçün ölkəmizdə səfərdə olduqlarını qeyd edərək onlara göstərilən qonaqpərvərlik və mehribançılığa görə minnətdarlığını bildiriblər, Nyu Meksiko ştatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın genişlənməsinə çağırıblar. Fevralın 17-də Azərbaycan nümayəndəsi Nyu Meksiko senatının rəhbərliyi ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanın regionda mühüm rolu, habelə Nyu Meksiko ştatı ilə ölkəmiz arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR