Qapısı bağlı mənzildə qalmış 31 yaşlı Lənkəran sakini xilas edilib

Qapısı bağlı mənzildə qalmış 31 yaşlı Lənkəran sakini xilas edilib
# 18 fevral 2014 09:11 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Qapısı bağlı mənzildə qalmış 31 yaşlı Lənkəran sakini Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas olunub. Bu barədə APA-nın yerli bürosuna FHN-in Cənub Regional Mərkəzindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 78/4, mənzil 22 ünvanında bağlı qapı arxasında 1983-cü il təvəllüdlü Rauf Səmid oğlu Əbdülovun köməksiz vəziyyətdə qaldığı qeyd olunub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, ruhi xəstə olan R.Əbdülov mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olubar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış R.Əbdülov aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR