Dünya azərbaycanlılarının daha geniş coğrafiyada onlayn forumu keçiriləcək

Dünya azərbaycanlılarının daha geniş coğrafiyada onlayn forumu keçiriləcək
# 25 fevral 2014 14:48 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Komitə sədri qeyd edib ki, diaspor təşkilatlarının koordinasiyası istiqamətində daha müasir texnologiyaların tətbiqinə başlanılıb və keçən ilin dekabrında Dünya Azərbaycanlılarının Onlayn Forumu bir dəfə baş tutub: “Yeni sistem həm maliyyəyə qənaət etmək, həm də operativ məlumat almaq üçün ən yaxşı vasitədir”.

N. İbrahimov həmçinin deyib ki, 2014-cü il üçün çox planlar var: “Amma ən vacib tədbirlərdən biri II Cənubi Qafqaz Forumudur. Ötən ilin mayında və sentyabr ayında Bakıda Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və bizim dəstəyimizlə Müştərək Cəmiyyətlər Forumu uğurla keçdi. Dünyanın ən tanınmış siyasətçiləri, onlarla sabiq prezident və baş nazir Bakıda toplaşaraq vacib müzakirələr apardılar. Azərbaycanın beynəlxalq aləmdə tanınması və nüfuzunun artması baxımından bu forumun əhəmiyyəti böyük idi. Belə bir əhəmiyyətli tədbirin ikinci hissəsinin də Bakıda baş tutması bizim üçün vacibdir. Bununla bağlı artıq danışıqlar gedir, Yunanıstanın paytaxtı Afinada hazırlıq toplantısı da keçirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR