Devid Kameron: “Nüvəli İran bütün dünya üçün təhdiddir”

Devid Kameron: “Nüvəli İran bütün dünya üçün təhdiddir”
# 15 mart 2014 16:05 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın nüvə silahına sahib olması region üçün təhlükədir”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kameron bildirib.

Onun sözlərinə görə, İsrail İranın nüvə proqramı üçün məsuliyyət daşımır: “Ancaq nüvəli İran bütün dünya üçün təhdiddir”.

D.Kameron, həmçinin deyib ki, Yaxın Şərqdə hətta iki dövlətin iki xalq üçün problemlərin həlli planları olmasına baxmayaraq, bu, İran təhlükəsinin yenə də aradan qalxacağı mənasına gəlmir”.

Eyni zamanda Böyük Britaniyanın baş naziri rəsmi Londonun İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR