Zərdab rayon sakininin qızıllarını oğurlayan şəxs tutulub - VİDEO

Zərdab rayon sakininin qızıllarını oğurlayan şəxs tutulub - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 09:29 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Yevlax rayon sakini Zərdab rayon sakininin qızıl-zinət əşyalarını oğurlayıb.

Zərdab Rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Təzə kənd sakini Gülgəz Bəkirovanın evinə gələn, özünü dilənçi kimi qələmə verən Yevlax rayon sakini Mehriban Abışova ev sahibəsini aldadaraq, ev sahibinin qızıl-zinət əşyalarını götürüb.

G. Bəkirova faktla bağlı polisə müraciət edib. Rayon Polis Şöbəsinin əməkdaşları Mehriban Abışovanı taksi ilə yaşadığı Yevlax rayonuna gedərkən Ucar rayonunun ərazisində saxlayıblar.

Zərdab rayon Polis Şöbəsində Mehriban Abışova ilə bağlı analoji faktların olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR