Krımda gərginlik artır - FOTO

Krımda gərginlik artır - <span style="color: red;">FOTO
# 26 fevral 2014 13:34 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, binanın qarşısında Rusiyameylli qüvvələrin – yerli kazak təşkilatlarının və “Russkoye yedinstvo” (Rus birliyi) Partiyasının mitinqi də keçirilir. Toplaşanların ümumi sayının 7-10 min nəfər olduğu bildirilir.

Parlamentin binasını çoxlu sayda milis əməkdaşı mühafizə edir. Onlar binanın içərisindədir. Binanın əsas qapısından içəriyə yalnız deputatlar və hüquq-mühafizə orqanlarının əməkdaşları buraxılır.

Krım parlamentinin deputatları – Krım Tatar Məclisinin lideri Refat Çubarov və “Russkoye yedinstvo”nun rəhbəri Sergey Aksenov mitinqçilərin qarşısına çıxaraq insanları sakitliyə çağırıblar. Onlar bildiriblər ki, bir azdan Regionlar Partiyasının fraksiyasının iclası başlayacaq və parlamentin sessiyasının təxirə salınması məsələsinə baxılacaq. Qeyd edək ki, tatarlar parlamentin sessiyasının təxirə salınmasını və Ukraynanın ərazi bütövlüyünün qorunmasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR