Şamaxıda dünən elektrik cərəyanı vuran mühəndis dünyasını dəyişib

Şamaxıda dünən elektrik cərəyanı vuran mühəndis dünyasını dəyişib
# 25 fevral 2014 11:13 (UTC +04:00)

Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə fevralın 24-də Çuxuryurd kəndində baş verib. Şamaxı rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşı, 1964-cü il təvəllüdlü Baxışov Bəhruz Firudin oğlu elektrik naqillərində baş verən nasazlığı aradan qaldırmaq üçün dirəyə çıxıb. Təhlükəsizlik qaydalarına əməl olunmadığından orada onu cərəyan vuraraq yerə çırpıb. Hadisə nəticəsində Bəhruz Baxışovun hər iki əli yanıb və sümükləri qırılıb. Bəhruz Baxışov Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Xəstəxanada bir neçə saat qalan Bəhruz Baxışovun vəziyyəti daha da pisləşib və onu müalicə üçün Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. O, bu gün günorta saatlarında Bakıda dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR