Cəzaçəkmə müəssisəsinə dərman həblərinin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə dərman həblərinin keçirilməsinin qarşısı alınıb
# 13 fevral 2014 07:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 180.2.4; 180.2.5; 317.2.1; 67-ci maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mehran Mehman oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş xalası qızı İradə Məcid qızı Məcidovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman “Ketçap” qabında olan tomat sousunun içərisinə xüsusi qablaşdırılmış vəziyyətdə sellofana bükülü 60 ədəd narıncı rəngdə dərman həbləri aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR