Balakəndə “Məhsul bolluğu” bayramı keçiriləcək

Balakəndə “Məhsul bolluğu” bayramı keçiriləcək
# 23 oktyabr 2015 19:42 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Oktyabrın 26-da Balakəndə sayca 4-cü “Məhsul bolluğu” bayramı keçiriləcək.

Balakən rayon İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, “Məhsul bolluğu” bayramında rayonun bütün kənd və qəsəbələrini təmsil edən fermer və sahibkarlar istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı yerli və xarici bazarlara çıxmağın yollarını da müzakirə edəcəklər.

Məlumatda həmçinin qeyd edilib ki, cari il rayonun təsərrüfatlarında 11 870 ha sahədə yazlıq bitkilər əkilib. Təsərrüfatlarda 21,3 min ton tərəvəz, 8,2 min ton kartof, 3,2 min ton bostan, 701 ton lobya və digər məhsullar istehsal olunub. Hazırda rayonda qarğıdalı, tərəvəz və meyvə istehsalı davam etdirilir. Qeyd edək ki, Balakən rayonu qarğıdalı məhsulunun həm əkin sahələrinə görə, həm də istehsal olunan məhsulun həcminə görə son 4 ildə respublikada birinciliyi qoruyub saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR