Bərdədə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Bərdədə piyadanı vuran sürücü hadisə yerindən qaçıb
# 24 yanvar 2016 20:47 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı-APA. Bərdədə piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü Pənah Bayramov idarə etdiyi VAZ-2103 markalı maşınla kimliyi məlum olmayan piyadanı vurub.

Zərərçəkən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerindən qaçan sürücünü Bərdə rayon Polis Şöbəsinin əməkdaşları saxlayıblar.

Polis mərhumun kimliyini müəyyən etməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR