TürkPA missiyası Qırğızıstanda parlament seçkilərini müşahidə edib

TürkPA missiyası Qırğızıstanda parlament seçkilərini müşahidə edib
# 06 oktyabr 2015 09:51 (UTC +04:00)

Bakı – APA. TürkPA müşahidəçi missiyası 4 oktyabr 2015-ci il tarixində Qırğızıstanda keçirilən parlament seçkilərini müşahidə edib.

TürkPA-dan APA-ya verilən məlumata görə, Milli Məclisin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi missiyaya Qazaxıstan parlamenti Məclisinin üzvü Serikjan Kanayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Erkan Aydın və TürkPA baş katibi Jandos Asanov daxil olub.

Müşahidəçi qrupu seçkilərdə iştirak edən Sosial Demokratik Partiya, Bir Bol, Atameken, Respublika - Ata Yurt partiyalarının təmsilçiləri, Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Tuyğunalı Abdraimov və Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də jurnalistlərlə ilə görüşüb.

TürkPA missiyası Qırğızıstandakı parlament seçkilərinin milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirildiyi qənaətə gəlib. Seçki müşahidəsinin nəticələrinə dair rəy TürkPA Katibliyi tərəfindən yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR