Lənkəran teatrının truppası İrana yola düşüb

Lənkəran teatrının truppası İrana yola düşüb
# 15 yanvar 2016 13:35 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası bu gün qonşu İran İslam Respublikasına yola düşüb. Bu barədə məlumatı APA-nın cənub bürosuna teatrın baş rejissoru Tural Mustafayev verib. Onun sözlərinə görə, teatr İranda keçirilən 34-cü Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Lənkəran sənətçiləri festivalda iranlı rejissor Xeyrulla Təğiyanipurun quruluş verdiyi İran dramaturqu Bəhram Beyzayinin «İlan Sultan» tamaşası ilə qatılacaq.

T. Mustafayev bildirib ki, Fəcr festivalı bir növ səyyar festivaldır, tamaşalar ölkənin müxtəlif şəhərlərində göstərilir. «İlan Sultan» tamaşası iki dəfə Təbrizdə, bir dəfə isə Məşhəd şəhərində oynanılacaq.

Tamaşada rolları əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Miraslan Ağayev, Əlibala Əsgərov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Qızılgül Quliyeva, Emin Feyzullayev, Emil Rzayev və Nizami Qurbanov oynayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR