“Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa keçirilib

“Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa keçirilib
# 30 sentyabr 2016 11:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin rektoru Anatoli Torkunov forumun ənənə halını almasını yüksək qiymətləndirib. O bildirib ki, forumda mühüm məsələlər müzakirə olunur və multikulturalizm bütün dünyada insanların bərabər yaşayışını, mədəniyyət və incəsənətini yaşatmağa, təbliğ etməyə imkan verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə qeyd edib ki, bu gün Azərbaycan dünyada qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib: “Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bir daha göstərdi ki, Azərbaycan tolerant ölkədir və bu ənənə tarixi səciyyə daşıyır. Bu gün ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirən və bu ənənələri yaşadan ölkə kimi tanınır. Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar və bu gün də yaşamaqdadırlar”.

Millət vəkili Fəttah Heydərov forumun Azərbaycan üçün əhəmiyyətindən danışıb, ölkədə mövcud olan multikultural mühitin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu diqqətə çatdırıb.

ABŞ-ın Etiqad və Qonşuluq Tərəfdaşları Mərkəzinin direktor müavini Janna Skott Azərbaycanın multikulturalizmə verdiyi töhfəni yüksək qiymətləndirib. O, bu ilin Azərbaycanda “Multikilturalizm ili” elan olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka didərgin düşmüş insanların taleyi ilə bağlı fikirlərini bölüşüb. V. Şoyinka bunun baş verməməsi üçün vacib addımların atılmasının zəruriliyini vurğulayıb.

Sonra dəyirmi masada çıxışlar dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR