Şimali Koreyanın kosmosa buraxdığı raketin qalıqları tapılıb

Şimali Koreyanın kosmosa buraxdığı raketin qalıqları tapılıb
# 09 fevral 2016 20:53 (UTC +04:00)

Bakı-APA. Cənubi Koreya hərbçiləri Şimali Koreyanın fevralın 7-də kosmosa buraxdığı raket daşıyıcısının qalıqlarını aşkarlayıblar. APA-nın “Daily Mail”-a istinadən verdiyi xəbərə görə, Cənubi Koreya hərbçiləri aşkarladıqları raket qalıqlarının foto şəkillərini təqdim ediblər.

Hazırda hərbçilər raket qalıqlarını analiz edirlər.

Qeyd edək ki, KXDR fevralın 7-də yerli vaxtla saat 09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən “Soxe” kosmodromundan üzərində “Kvanmönson-4” süni peykinin quraşdırıldığı raketin buraxılışını həyata keçirib. Bundan sonra Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR