Xilasedicilər uşağın əlini ətçəkən maşından çıxarıblar

Xilasedicilər uşağın əlini ətçəkən maşından çıxarıblar
# 13 sentyabr 2015 18:10 (UTC +04:00)

Bakı-APA. Bakının Nizami rayonunda yaşayan uşağın əli ətçəkən maşının içərisində qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bununla bağlı nazirliyin “112” qaynar telefon xəttinə müraciət edərək, kömək istəyiblər.

Nazirliyin xilasediciləri hadisə yerinə cəlb olunub. Onlar təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə uşağın əlini ətçəkən maşından çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR