Dövlət Komissiyası son döyüşlərdə itkin düşdüyü bildirilən hərbçilərlə əlaqədar araşdırmalara başlayıb

Dövlət Komissiyası son döyüşlərdə itkin düşdüyü bildirilən hərbçilərlə əlaqədar araşdırmalara başlayıb
# 07 aprel 2016 14:43 (UTC +04:00)

Bakı - APA. Bir neçə vətəndaşın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciətinə əsasən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda iştirakları zamanı itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırma işinə başlanıb.

APA-nın məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından "Azərtac"a bildiriblər ki, araşdırmaların nəticələri barədə itkin düşdüyü bildirilən hərbçilərin yaxınlarına və ictimaiyyətə məlumat veriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR