ABŞ-ın Çikaqo şəhərində etiraz aksiyası keçirilir

ABŞ-ın Çikaqo şəhərində etiraz aksiyası keçirilir
# 27 noyabr 2015 22:28 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Çikaqo şəhərində ağdərili polis tərəfindən Afrika əsilli amerikalının qətlə yetirilməsi ilə əlaqədar növbəti etiraz aksiyası keçirilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, qaradərili Lakuan Makdonaldı güllələyən polis əməkdaşı Ceyson Van Dayka qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Noyabrın 24-də insidenti əks etdirən videokadrların yayımından sonra Çikaqoda etiraz aksiyaları başlayıb. Etirazçılar ədalətli məhkəmənin keçirilməsini, federal hökumətin prosesdə iştirakını tələb edirlər. “Tələblərimiz yerinə yetirilməyincə, aksiyalar davam edəcək”, deyə İllinoys ştatını təmsil edən senator Bobbi Raş deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR