Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklər edilməyəcək

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklər edilməyəcək
# 07 aprel 2016 11:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklər edilməyəcək. APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada vahid imtahanla həyata keçirilir və son illər ərzində yanaşma bu formatda tətbiq olunur: “Burada hansısa texniki dəyişiklikləri, müddət, sənədlərin təqdim olunması, imtahanda sualların sayı ilə bağlı texniki məqamları nəzərə almasaq ümumilikdə eyni yanaşma bu ildə tətbiq olunacaq”.

Nazir müavini qeyd edib ki, məktəb direktorlarının işə qəbulu isə “Gələcəyin direktoru” adlı layihə çərçivəsində həyata keçirilir: “Bu layihəyə bir neçə ilə əvvəl Bakı şəhərində pilot olaraq başlanılıb. Son 2 il ərzində 40-dan artıq məktəb direktoru layihə çərçivəsində təlimdən keçib, uğurlu imtahan və müsahibə mərhələsindən keçənlər təyin edilib. Bu çox yaxşı nəticələr verir. Bu baxımdan həmin təcrübənin digər şəhər və rayonlara genişləndirilməsi istiqamətində işlər görülür. Bu ildən ölkənin rayonlarında məktəb direktorları yalnız müvafiq müsabiqədən keçəndən sonra təyinat alacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR