SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişlərinin həcmini açıqlayıb

SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişlərinin həcmini açıqlayıb
# 11 dekabr 2015 12:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin noyabr ayında dövlət büdcəsinə 133 mln. 599 min manat vəsait ödəyib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ilin noyabr ayı ilə müqayisədə 8 mln. 774 min manata və ya 6,16% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında büdcəyə 1 mlrd. 404 mln. 875 min manat vəsait ödənilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə də 302 mln. 046 min manat və ya 17,70% azdır.

Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 189 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 571 min manat və ya 5,4% çox olub.

Bu ilin yanvar-noyabr aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 126 mln. 606 min manat təşkil edib. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 2 mln. 928 min manat və ya 2,26% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR