APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Muxtariyyə kənd sakini, 1964-cü il təvəllüdlü Şahin Həsənov bel nahiyəsindən bıçaqlanıb. Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə Ş. Həsənov Ceyhun və Vüsal qardaşları tərəfindən döyülüb və bıçaqlanıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.