Azərbaycan hökuməti 3 neft yatağı ilə bağlı öhdəliklərini təsdiq edib

Azərbaycan hökuməti 3 neft yatağı ilə bağlı öhdəliklərini təsdiq edib
# 29 aprel 2016 17:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə Azərbaycan hökumətinin təminatı və öhdəlikləri barədə qərar verib.

APA-nın məlumatına görə, qərar Azərbaycan prezidentinin 2015-ci il 7 oktyabr tarixli 1439 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("SOCAR") ilə Zenit Aran Oil Company Ltd. ("Zenit") və SOCAR-ın Ortaq Neft Şirkəti ("ONŞ") arasında 2015-ci il 16 mart tarixində imzalanmış "Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişlə əlaqədardır.

Qərara əsasən sazişdə yer alan Azərbaycan hökumətinin təminatı və öhdəlikləri təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR