DGK: Azərbaycanın gömrük-keçid məntəqələrində AH1N1 virusu qeydə alınmayıb

DGK: Azərbaycanın gömrük-keçid məntəqələrində AH1N1 virusu qeydə alınmayıb
# 04 yanvar 2016 12:48 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdıraraq bildirir ki, qeyd olunan AH1N1 virusu Azərbaycanın sərhəd gömrük-keçid məntəqələrində qeydə alınmayıb.

Dövlət Gömrük Komitəsi nəzərə çatdırır ki, hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır. Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirilir. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə, müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR