"FINCA Azerbaijan" aktivlərini 4% artırıb

"FINCA Azerbaijan" aktivlərini 4% artırıb
# 07 iyun 2016 11:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı (BOKT) aktivlərinin həcmi 2015-ci ildə 230,609 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,24% çoxdur.

"APA-Economics" xəbər verir ki, 2014-cü il ilə müqayisədə ötən il BOKT-un cəmi öhdəlikləri 12,64% artaraq 204,133 mln. manata yüksəlib.

Hesabat dövründə bankın kredit portfeli 5,94% azalaraq 173,616 mln. manat olub.

Bir il ərzində bankın cəmi kapitalı 33,82% azalaraq 26,476 mln. manata enib, səhmdar kapitalı dəyişməyərək 2 mln. 906 min manat təşkil edib.

BOKT-un faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 4,95% azalaraq 63,306 mln. manat, faiz xərcləri isə 19,15% artaraq 19,364 mln. manat təşkil edib.

Ötən ili “FINCA Azerbaijan" 13,530 mln. manat zərərlə başa vurub. 2015-ci ildə BOKT faiz hesablanan aktivlər üzrə dəyərsizləşmə zərəri üçün 17,363 mln. manatı ehtiyata ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR