Bank Of Baku

Argentina futbolçuları İngiltərə ilə oyundan sonra “Malvin adaları Argentinanındır” yazılmış banner açıblar - VİDEO

Argentina futbolçuları İngiltərə ilə oyundan sonra “Malvin adaları Argentinanındır” yazılmış banner açıblar - VİDEO
# 16 iyul 2026 08:31 (UTC +04:00)

Argentina millisinin futbolçuları dünya çempionatının yarımfinalında İngiltərə üzərində qələbədən sonra meydanda “Las Malvinas son Argentinas” (“Malvin adaları Argentinanındır”) yazılmış banner açıblar.

APA xəbər verir ki, Malvin adaları Böyük Britaniyanın nəzarətində olan Folklend adalarıdır. Argentina isə arxipelaq üzərində suverenlik iddiasını davam etdirir.

Qeyd edək ki, 1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında Folklend (Malvin) adaları uğrunda müharibə baş verib. Münaqişə nəticəsində adalar Londonun nəzarətində qalıb.

Bundan əvvəl Argentina hökuməti yarımfinal oyunu zamanı azarkeşlərə zorakılığı təhrik edə biləcək siyasi şüar və simvollardan istifadənin qadağan olunduğunu açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR