AVRO-2024: Türkiyə Avstriyanı məğlub edərək ¼ finala çıxıb

AVRO-2024: Türkiyə Avstriyanı məğlub edərək ¼ finala çıxıb
# 03 iyul 2024 00:52 (UTC +04:00)

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Avstriya və Türkiyə milli komandaları üz-üzə gəlib.

APA xəbər verir ki, gərgin şəraitdə keçən qarşılaşmada “ay ulduzlular” rəqiblərindən üstün olublar – 1:2.

Qarşılaşmada hesab ilk dəqiqədə açılıb. Künc zərbəsindən sonra yaranan qarışıqlıqdan Merih Demirel istifadə edərək hesabı açıb.

Oyunun 59-cu dəqiqəsində isə Arda Gülərin künc zərbəsindən yerinə yetirdiyi ötürmədən sonra Merih Demirel özünün və komandasının ikinci qoluna imza atıb.

Avstriya millisinin təsəlli qolunu oyunun 66-cı dəqiqəsində Mixael Qreqoriç vurub.

Bununla da Türkiyə milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR